Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard dolları keçəcək

00:00 | 17.11.2022
Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard dolları keçəcək

Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard dolları keçəcək

Bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi həcminin 6 milyard ABŞ dollarından çox olacağı gözlənilir.

Bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal deyib.

"Ticarət Müşavirliyi olaraq əsas işimiz Azərbaycan ilə Türkiyə arasındakı ticarət əlaqələrinin inkişafıdır. İki ölkə arasında illərdən bəri davam edən əlaqələr Azərbaycanın Vətən Müharibəsində qazanılan zəfərlə daha fərqli bir nöqtəyə qədəm qoydu. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət həcmi 4,3 milyard ABŞ dolları olub. Bu il bu ticarət həcminin 6 milyard ABŞ dolları keçəcəyini gözləyirik” , - Ahmet Erdal əlavə edib.

Onun sövlərinə görə, dövlət başçılarının isə bizlərin qarşısına qoyduğu hədəf 15 milyard dollara ən qısa vaxtda çatmaqdır: "Biz buna nail olacağıq".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb