Azərbaycan və Türkiyə Rusiyaya 28,5 milyon ədəd yumurta ixrac edib - Rosselxoznadzor

19:46 | 04.03.2024
Azərbaycan və Türkiyə Rusiyaya 28,5 milyon ədəd yumurta ixrac edib - Rosselxoznadzor

Azərbaycan və Türkiyə Rusiyaya 28,5 milyon ədəd yumurta ixrac edib - Rosselxoznadzor

Azərbaycan və Türkiyə martın 4-dək Rusiya Federasiyasına 28,5 milyon yumurta idxal edib, Rosselxoznadzor xəbər verir.

O cümlədən, fevralın 26-dan martın 3-dək Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 2,7 milyon, Türkiyədən isə 633,6 min ədəd yumurta daxil olub.
 
Ötən ilin sonunda yumurtanın qiymətinin kəskin artması fonunda Rusiya Federasiyası 2024-cü ilin birinci yarısı üçün onların idxalına rüsumun sıfırlanması barədə qərar qəbul edib. Gözlənilir ki, bu tədbir 1,2 milyard yumurtanın idxalına imkan verəcək və qiymət vəziyyətini sabitləşdirəcək.

Rosstatın məlumatına görə, 2023-cü ildə Rusiya Federasiyasında yumurta 1,6 dəfə, o cümlədən dekabrda 18,2% bahalaşıb. Həyata keçirilən tədbirlər nəticəsində yanvarda qiymətlər 1,8% ucuzlaşıb.

Yanvarın 30-dan fevralın 5-dək azalma tempi 0,7%-ə qədər səngiyib, sonra azalma dayanıb, fevralın 6-dan 12-dək isə cüzi artım - 0,05%, fevralın 13-dən 19-dək isə qiymətlər 0,2% artıb. Fevralın 20-dən fevralın 26-na kimi onlar 0,2% azalıb.

 2023-cü ildə Rusiya Federasiyasının kənd təsərrüfatı təşkilatlarında yumurta istehsalı 1,9% artaraq 38,1 milyard ədədə, bütün kateqoriyalardan olan təsərrüfatlarda 1,2% artaraq 46,7 milyard ədədə çatdı.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM