Azərbaycan və Türkiyə səhiyyə turizmində əməkdaşlığı genişləndirir (FOTO)

18:45 | 20.05.2023
Azərbaycan və Türkiyə səhiyyə turizmində əməkdaşlığı genişləndirir (FOTO)

Azərbaycan və Türkiyə səhiyyə turizmində əməkdaşlığı genişləndirir (FOTO)

Azərbaycan və Türkiyə səhiyyə turizmində əməkdaşlığı genişləndirir.
 
Bu barədə razılaşma Trabzon Ticarət və Sənayə Palatası sədri Erkut Çelebi rəhbərliyindəki heyətinin MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Azərbaycanı ziyarəti zamanı qəbul edilib.

Məlumata əsasən, Trabzon Ticarət və Sənayə Palatası sədri Erkut Çelebi rəhbərliyindəki heyəti, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli və İdarə Heyətinin üzvlərindən ibarət olan heyət qəbul edib.

Görüş zamanı iki qurumun fəaliyyətləri haqqında məlumat verilib, xüsusən səhiyyə sektoru dəyərləndirilib.

Bundan əlavə, səhiyyə turizmi başda olmaqla Azərbaycandan Trabzona ən sərfəli və güvənli şərtlərlə xəstə transferi mövzuları müzakirə edilib.

Daha sonra, növbəti iclasın müəyyən ediləcək iştirakçıları ilə Trabzonda baş tutmasına, yol xəritəsinin müəyyən edilməsinə, iki qurumun fərqli sektorlarda da iş birliyinin artırılması üçün periodik olaraq bir araya gəlinməsinə qərar verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM