Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında görüş

11:51 | 30.09.2015
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında görüş

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında görüş

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Ukraynadakı vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həll edilməli olduğunu deyib. GUAM çərçivəsində əməkdaşlığın region dövlətləri arasında əlaqələrin inkişafında vacib rol oynadığını qeyd edən nazir təşkilat daxilində humanitar və iqtisadi sahədə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib.
 
E. Məmmədyarov ukraynalı həmkarını Azərbaycana səfərə dəvət edib. Ukraynalı nazir dəvəti məmnuniyyətlə qəbul etdiyini söyləyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM