• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycan və UNESCO arasında saziş imzalandı

Azərbaycan və UNESCO arasında saziş imzalandı
29.05.2020 04:24

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində yanvarın 24-də UNESCO-nun baş qərargahında təşkilatın baş direktoru İrina Bokova ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan-UNESCO münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

E. Məmmədyarov Azərbaycanın UNESCO ilə əməkdaşlığa xüsusi önəm verdiyini və ötən il iyulun 18-də Azərbaycanla UNESCO arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişinin bu münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

 

İ. Bokova Azərbaycanın UNESCO-ya göstərdiyi diqqətə görə minnətdarlığını bildirərək, Bakının UNESCO-nun qlobal missiyasına dəstək verməsinin və onun işinə daha fəal cəlb olunmasının təqdirəlayiq hal olduğunu söyləyib. O, UNESCO ilə əlaqələrin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolunu qeyd edib.

 

Görüş əsnasında Azərbaycan Respublikası və UNESCO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalanıb. Saziş Azərbaycanın gənc mütəxəssislərinin UNESCO katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol