Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi $1 mlrd olacaq

12:36 | 21.05.2024
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi $1 mlrd olacaq

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi $1 mlrd olacaq

Özbəkistan və Azərbaycan arasında illik ticarət dövriyyəsi 1 milyard dollara qədər artırılacaq. Bunu Özbəkistan investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov bidirib. 


"Bu ilin 3 ayında 300 min ton Özbəkistan yükləri Azərbaycan ərazisindən daşınıb . Bu Özbəkistan üçün yaxşı dəhlizdir və bu il 1 milyon dollarlıq məhsul tranzit eləmək niyyətinfəyik”,- Kudratov bildirib. 


O, həmçinin özbək biznesmenlərini Ələt Azad İqtisadi Zonasından bəhrələnməyə çağırıb. 


"Mən özüm Ələtdə olmuşam. Bizə vergidən azad fəaliyyət göstərmək təklif olunur”, - o bildirib. 


O, həmçinin deyib ki, online kommersiya platforması yaradılacaq ki, bu hər iki ölkə bizmesmenlərinə özünə tərəfdaşlar tapmağa kömək edəcək. 


Kudratov bildirib ki, yaradılan və nizamnamə kapitalı 500 min dollar olan Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun imkanları genişləndirililəcək. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür