Azərbaycan vətəndaşı minaya düşüb

16:46 | 15.04.2015
Azərbaycan vətəndaşı minaya düşüb

Azərbaycan vətəndaşı minaya düşüb

Azərbaycan vətəndaşı qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşüb.

 "Report”un məlumatına görə, Goranboy rayonunun Zeybə kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Nüğəddin oğlu Kərimov piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb.

Goranboy Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Elçin Cahangirov "Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, yaralı rayon mərkəzi xəstəxanasına aparılıb. N.Kərimovun sol ayağı amputasiya olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti