Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı artıb
Bu sözləri dövlət miqrasiya xidmətinin rəhbəri Firudin Nəbiyev "Caspian European Club"da keçirdiyi biznes forumdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
ANN.Az xəbər verir ki, dövlət rəsmisi açıqlamasında deyib ki, iqtisadiyyatın güclü inkişaf etməsi, siyasi sabitlik bunu bir daha sübut edir ki, ölkəmizə gələn xarici vətəndaşlarını sayında artım var.
"Bundan başqa, Azərbaycanda xarici ölkələrin şirkətləri də var, bu da ölkəmizə xarici vətəndaşların gəlməsinə səbəb olur. Dövlət xarici vətəndaşların ölkəyə gəlməsində çox maraqlıdır və həmin şəxslərlə daha yaxından maraqlanıb onlara rahat şərait yaratmağa çalışır. Artıq bir çox vətəndaşlar Azərbaycan vətəndaşı olmaq istəyirlər. 90-cı illərdə Azərbaycanı tərk edib gedənlər indiki şəraiti görüb, yenidən vətəndaşlıq almaq üçün müraciət edirlər. Bunlar ən çox MDB ölkələrindən olan vətəndaşlardı" - Firudin Nəbiyev bildirib.
Bizi sosial şəbəkələrdə izləyin !