Azərbaycan vətəndaşı olan terrorçu Moskvada yaxalanıb

17:18 | 25.07.2024
Azərbaycan vətəndaşı olan terrorçu Moskvada yaxalanıb

Azərbaycan vətəndaşı olan terrorçu Moskvada yaxalanıb

Rusiya polisinin Moskvanın Mişurinski prospektində  sənədlərini yoxlamaq üçün yaxınlaşdığı şəxsin İnterpolun axtarışında olduğu bəlli olub. Bu barədə TASS agentliyi məlumat verib.
 
Bəlli olub ki, Azərbaycan vətəndaşı olan həmin 37 yaşlı şəxs İnterpol kanalları ilə axtarışda olan "Əl-Qaidə”nin törəmə qolu  "Cəbhət ən-Nusra” qruplaşmasının silahlısı imiş 

O,  silahlı qrup yaratmaqda və cinayətkar birlik təşkil etməkdə ittiham olunur. Həmin şəxs 2013-cü ildə Suriyaya gedib və orada terror qruplaşmasının sıralarına qoşulub. Onun həbsinə dair order 2019-cu ildə verilib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti