"Dünyada ilk dəfə olaraq Bakıda keçiriləcək şopinq-festivalda Azərbaycan vətəndaşlarına da "Tax Free” tətbiq ediləcək”.
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
Onun sözlərinə görə, ötən ilin iyulundan bu günə qədər xaricilərin Azərbaycanda alış-verişləri nəticəsində ölkəyə 12 milyon manat daxil olub. Onun 1 milyon manatı "Tax Free” kimi geri qaytarılıb.
Xatırladaq ki, Azərbaycanda hələlik 254 ticarət və xidmət obyekti "Tax Free” sisteminə qoşulub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !