• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Azərbaycan voleybol yığmasında yeni baş məşqçi

Azərbaycan voleybol yığmasında yeni baş məşqçi
11.02.2016 20:48
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik edilib.

ANN.Az Apasport.az-a istinadən verdiyi məlumatına görə, Avropa Oyunları ərəfəsində yığmanın "sükanı arxası”na gətirilən Bülənt Karslıoğlu ilə yollar ayrılıb.

Türkiyəli mütəxəssislə razılaşmanın müddəti artırılmayıb. Buna onun "Azərreyl”də baş məşqçi olması və komanda ilə daha çox vaxt keçirə bilməməyi də səbəb olub.

Artıq millimizin yeni baş məşqçisinin də adı dəqiqləşib.

Voleybol Federasiyası əsas komandanı gənc mütəxəssis, "İqtisadçı”da Karslıoğlu ilə birgə çalışmış Fərid Cəlalova etibar edib.

Yığmamızın 29 yaşlı sabiq kapitanı ən azı gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının yekununa qədər postunda olacaq. Onun əsasən perspektivli gənclərə üstünlük verəcəyi gözlənilir.

Komandamız təcrübəsini artırmaq üçün təlim-məşq toplanışı və beynəlxalq turnirlərə də qatılacaq.

Qeyd edək ki, Bakı-2015-də zədəli halda oynayan Cəlalovun lazım olan halda meydana çıxması da istisna olunmur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
İdman 18:22
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
İdman 01:53
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol