Azərbaycan xalça idxalına çəkdiyi xərc açıqlanıb

22:00 | 17.06.2021
Azərbaycan xalça idxalına çəkdiyi xərc  açıqlanıb

Azərbaycan xalça idxalına çəkdiyi xərc açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 8,632 milyon ABŞ dolları dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,143 milyon ABŞ dolları (57,3 %) çoxdur.

Beş ay ərzində Azərbaycanın xalçalar və digər toxunma döşəmə örtükləri ixracının dəyəri isə 147 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 30 min ABŞ dolları (25,6 %) çoxdur.

Hesabat dövründə xalçalar və digər toxunma döşəmə örtükləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,2 %-ni təşkil edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb