Xankəndində qazın nəqli bərpa olunub - Ermənistan KİV - AÇIQLAMA - YENİLƏNİB

21:33 | 17.01.2023
Qarabağda qazın verilişi bərpa olunub. Bu barədə Ermənistan mətbuatı xəbər verib.
 
14:42
Xankəndində Azərbaycan qazın nəqlini dayandırb"  xəbərinə münasibət olaraq "Azəriqaz" İB-dən bildirilib ki, qazın kəsilməsi barəsində şirkətdə məlumat yoxdur. 
 
13:49 
Xankəndində qazın verilişi dayandırılıb. Bu barədə Ermənistan mətbuatı məlumat paylaşıb.
 
Bildirilib ki, Azərbaycan tərəfindən yenidən qazın verilməsində problem yaranıb. 
 
Məsələ ilə bağlı "Azəriqaz" İB açıqlama yaymayıb. 
 
Bundan əvvəl, dekabrın 13-də Ermənistan mətbuatı Xankəndində qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı xəbər paylaşmışdı.  "Azəriqaz” İB açıqlama yayaraq bildirmişdi ki, Xankəndində qazın kəsilməsinin Azərbaycanla heç bir əlaqəsi yoxdur və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb