Azərbaycan XİN “Amerikanın səsi”nə etiraz etdi

17:25 | 20.10.2014
Azərbaycan XİN “Amerikanın səsi”nə etiraz etdi

Azərbaycan XİN “Amerikanın səsi”nə etiraz etdi

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və ümumiyyətlə, Ermənistanın işğal və təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilmədən “Amerikanın səsi” radiosu tərəfindən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilişin hazırlanması ədalətsiz və qərəzli xarakter daşıyır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev “Amerikanın səsi” radiosunun Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar hazırladığı verilişə dair şərhində deyib. O bildirib ki, “obyektivlik” və “qərəzsizlik” prinsiplərindən danışan “Amerikanın səsi” radiosu tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud durumu da obyektiv şəkildə işıqlandırılmalıdır: “Radionun bu verilişi separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir. “Amerikanın səsi” radiosunun bu birtərəfli addımı eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hisslərinə hörmətsizlikdir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM