Azərbaycan XİN Avropa İttifaqına etiraz etdi - Bəyanat

23:00 | 06.05.2014
Azərbaycan XİN Avropa İttifaqına etiraz etdi - Bəyanat

Azərbaycan XİN Avropa İttifaqına etiraz etdi - Bəyanat

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının ali nümayəndəsi və Qonşuluq siyasəti üzrə komissarının mətbuat katiblərinin bəyanatına etiraz edib.

XİN mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:”Avropa İttifaqının ali nümayəndəsinin və bu təşkilatın qonşuluq siyasəti üzrə komissarının mətbuat katiblərinin 3 may tarixli bəyanatı siyasi mahiyyət daşımaqla mövcud reallığı əks etdirmir və Rauf Mirqədirova qarşı açılmış cinayət işinin, eləcə də Leyla Yunusova və Arif Yunusovun bu prosesdə şahid qismində dəvət olunmasının əsl mahiyyətini təhrif etməyə cəhddir.Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanılmış istintaq onların jurnalist və ya vətəndaş cəmiyyəti fəaliyyəti ilə bağlı deyildir. İş üzrə istintaqın davam etdiyi müddətdə vaxtından əvvəl hər hansı mühakimənin yürüdülməsi və siyasi motivli bəyanatların verilməsi istintaqın işinə müdaxilə və ona təzyiq göstərmək cəhdindən başqa bir şey deyildir. Bu, eyni zamanda, qanunun aliliyi baxımından qəti şəkildə qəbuledilməzdir.Məlum olduğu kimi, rəsmi Bakı həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqu dəstəkləmişdir. İnanırıq ki, icmalararası dialoq qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması baxımından bütövlükdə sülh prosesinə öz əsaslı töhfəsini verəcəkdir”.  ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM