“Rusiya, Fransa ilə yanaşı ABŞ-ın da vəzifəsi Azərbaycan və Ermənistan arasında münaqişəsin həllinə dair vasitəçilik missiyasını həyata keçirməkdir. Bu gün rəsmi Bakı ilə rəsmi Yerevan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik edən həmsədr ölkələrin vəzifəsi ədalətin bərpasına nail olmaqdır”.Modern.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev özünün "Facebook" səhifəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin münaqişə ilə bağlı fikirlərinə münasibət bildirərkən yazıb.E.Abdullayevin sözlərinə görə, ədalətin bərpası Ermənistanın hələ də hörmət qoymadığı beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsinə məcbur edilməsidir.”Həmsədr ölkələrin mesajı məhz bu olmalıdır. Münaqişənin həlli prosesisinin həssas dönəm yaşadığını nəzərə alaraq, Ceyms Uorlikin münaqişənin həlli ilə baglı mesaj verərkən ehtiyatlı olmalıdır. Axı söhbət beynəlxalq hüququn pozulmasından və Azərbaycan xalqının üzləşdiyi humanitar faciədən gedir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !