Ermənistan Azərbaycanın legitim maraqlarına xidmət edərsə, müsbət nəticə əldə oluna bilər - Nazir/Video

16:35 | 14.12.2023
Ermənistan Azərbaycanın legitim maraqlarına xidmət edərsə, müsbət nəticə əldə oluna bilər - Nazir/Video

Ermənistan Azərbaycanın legitim maraqlarına xidmət edərsə, müsbət nəticə əldə oluna bilər - Nazir/Video

Ermənistan Azərbaycanın legitim maraqlarına, tarixi həqiqətə, beynəlxalq hüquqa xidmət edərsə, müsbət nəticə əldə etmək olar. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
 

"Noyabrın sonunda biz edilmiş fasilədən sonra Ermənistana sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini qəbul etmişdik. Təbii ki, onun mahiyyətini indi vurğulamaq istəməzdim, onun üzərində iş gedir. Lakin, qeyd edim ki, bu təkliflər paketi öncəki təkliflər paketinin yenidən birə-bir təkrarlanması deyil. Burada müsbət irəliləyiş müşahidə olunur. Bu faktları nəzərə alaraq bir nikbinlik var. Eyni zamanda burada bir vaxt var, əsasən də Ermənistan üçün. Bu addımlarla biz vacib, tarixi keçmişi olan məsələni irəli apara bilərik. Azərbaycan tərəfinin yanaşması aydındır. Ermənistan yalançı öz istəklərinə deyil, Azərbaycanın legitim maraqlarına tarixi həqiqətə, beynəlxalq hüquqa xidmət etməyi sərgiləyərsə, müsbət nəticə əldə etmək mümkündür”, - nazir dekabrın 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidani ilə birgə keçirdiyi mətbuat konfrasında deyib.

 
Gülnar
Aygün
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM