Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda azı 50 nəfərin ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.Bu barədə XİN-in "X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
"Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində onlarla insanın həlak olması xəbərindən sarsılmışıq, terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Azərbaycan qardaş Pakistan İslam Respublikası ilə həmrəydir”,-paylaşımda qeyd olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !