Azərbaycan XİN Pakistanda törədilən terror aktını pisləyib

18:01 | 04.11.2023
Azərbaycan XİN Pakistanda törədilən terror aktını pisləyib

Azərbaycan XİN Pakistanda törədilən terror aktını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətinin Qvadar bölgəsində 14 hərbçinin həlak olması ilə nəticələnən dəhşətli terror aktını birmənalı şəkildə pisləyir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Pakistan hökuməti və xalqı ilə həmrəyik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - məlumatda vurğulanıb.

Bu gün səhər Pakistanda Hava Qüvvələrinin bazasına hücum olub. Nəticədə 14 hərbçi həlak olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM