Azərbaycan XİN Volqoqradda törədilmiş terror aktlarını pislədi

13:51 | 30.12.2013
Azərbaycan XİN Volqoqradda törədilmiş terror aktlarını pislədi

Azərbaycan XİN Volqoqradda törədilmiş terror aktlarını pislədi

 Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Federasiyasının Volqoqrad şəhərində törədilən terror aktları ilə bağlı bəyanat yayıb.XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, nazirlik Volqoqrad şəhərinin dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır, bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladığını bildirir. “Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir” - deyə bəyanatda vurğulanır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti