Azərbaycan xüsusi turistik zonalar yaradacaq

18:12 | 26.02.2014
Azərbaycan xüsusi turistik zonalar yaradacaq

Azərbaycan xüsusi turistik zonalar yaradacaq

Turizm bazarında qiymətlər tənzimlənəcək.

Azərbaycanda turizm zonalarının inkişafına dair konsepsiya təsdiqlənəcək, bundan başqa turizm bazarında dövlət tərəfindən qiymətlərin tənzimlənməsi mexanizmi tətbiq ediləcək.

Oxu.Az abc.az-a istinadən bildirir ki, bu haqda məlumatı nazir Əbülfəz Qarayev verib.

Onun sözlərinə görə turizm zonalarının yaradılması və inkişafı turizmin inkişafına dair Dövlət Proqramına daxildir.

“Turizm zonalarının inkişafına dair proqram və konsepsiyaya müvafiq olaraq, investorlara xüsusi turizm zonaları yaratmaq üçün ərazilər təqdim etmək mümkün olacaq, eləcə də ölkənin bütövlükdə turizm sahəsinin inkişafı üçün bu ərazilərdə tikinti aparmaq imkanı yaradılacaq”, - nazir bildirib.

Bundan başqa, nazir turizm bazarında qiymətlərin tənzimlənməsi məqsədi ilə müəyyən mexanizmi tətbiq etməyi təklif edib.

Əbülfəz Qarayev qeyd edib ki, qiymətləri Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyətinə görə tənzimləmək lazımdır.

“2012-2013-cü illərdə tövsiyə edilmiş tədbirlərin nəticəsi olaraq, turizm bazarında qiymət artımının qarşısı alınıb və bu siyasət davam etdiriləcək. Bazarda qiymətlərin enməsinə səbəb xidmətin səviyyəsi və rəqabətdir. Yəni bazar iştirakçıları rəqabət qaydalarına riayət etdikcə qiymətlər düşəcək” – deyə, nazir bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM