Oxu.Az "Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, sübut kimi S. Aqekyan məhsulun videosunu çəkib, habelə şəkilləri paylaşıb.
Materiallara əsasən, "Moskovskoe” adlı kərə yağı guya Azərbaycanın "Farmer” şirkəti tərəfindən qablaşdırılıb.
Aqekyanın yaydığı məlumata Ermənistan Elmlər Akademiyasının ekoloji-noosfer araşdırmaları Mərkəzinin qida zəncirləri riskinin qiymətləndirilməsi Departamentinin rəhbəri David Pipoyan reaksiya verib. O, Yerevanda bir sıra dükanlarda olduğunu, lakin heç yerdə bu cür yağa rast gəlmədiyini bildirib.
"Dekabrın 30-dək dükanları gəzmişik. Lakin heç yerdə bu cür qablaşmada yağa rast gəlmədim. Bu gün üç rayonda yerləşən dükanlarda belə yağ yox idi”, - deyə o öz səhifəsində yazıb.
Pipoyan artıq məsələ ilə bağlı dövlət orqanlarına müraciət etdiyini də bildirib.
Nəticədə Pipoyan məqalə müəllifindən öyrənib ki, yağ dükandan deyil, küçədə alınıb.
Məqalə "Facebook”un erməni seqmentində qızğın müzakirələrə səbəb olub.
P.S. Öz tərəfimizdən əlavə etmək istəyirik ki, birincisi, yağın doğrudan da Azərbaycanda istehsal edildiyi yaxud saxta olduğu hələ məlum deyil. Lakin əgər doğrudan da bu yağ Azərbaycandan gətirilibsə, belə çıxır ki, onun keyfiyyəti yerli yağın keyfiyyətindən dəfələrlə üstündür ki, erməni işbazlar "düşmən yağ”ı satdıqlarına görə həbs olunmaq, vətəndaşlar isə ondan istifadə etdiyi üçün qınaq obyektinə çevrilmək qorxusuna rəğmən bu yağı Ermənistanda satırlar və alırlar. Bütün bunlar bir daha ümumiyyətlə Ermənistan iqtisadiyyatının, konkret olaraq qida məhsulları istehsalının tənəzzüldə olduğunu sübut edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !