2024-cü ilin yanvarında Azərbaycanda gündəlik neft hasilatı sutkada keçən ilin dekabrında olan 482.000 barreldən 474.000 barelə kimi azalıb. Bu barədə Energetika Nazirliyi məlumat verib.
"2024-cü ilin yanvarında Azərbaycanda kondensatla birgə gündəlik neft hasilatı 598.000 barel (dekabrda - 604.000 barel) təşkil edib ki, bunun da 474.000 bareli neft, 124.000 bareli kondensatın payına düşüb", - nazirlik qeyd edirb
2024-cü il üçün Azərbaycanın OPEC+ sazişi çərçivəsində neft hasilatı kvotası sutkada 551.000 barel təşkil edir.
Beləliklə, Azərbaycan yanvarda OPEC+ sazişini 116,2% yerinə yetirib (OPEC+ kvotasından sutkada 77 min barel geriləyib).
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !