Azərbaycan “Yaşıl Kart” sisteminin üzvü oldu

12:11 | 30.05.2015
Azərbaycan “Yaşıl Kart” sisteminin üzvü oldu

Azərbaycan “Yaşıl Kart” sisteminin üzvü oldu

2016-ci il yanvarın 1-dən Azərbaycanda "Yaşıq Kart” sistemi fəaliyyətə başlayacaq.

Oxu.Az İcbari Sığortalar Bürosuna (İSB) istinadən xəbər verir ki, bu barədə qərar mayın 28-də Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının növbəti Baş Assambleyasında  təsdiqlənib.

Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir.

Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir.

Bu sistemə əsasən Avropa ölkələri olmaqla 47 ölkə daxildir və Azərbaycanın üzvlüyü ilə iştirakçıların sayı 48-ə çatıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti