"Hər iki ölkə təhdidlər, imkanlar, strateji və regional problemlər anlayışını bölüşür. Hər il 50 min israilli Azərbaycana səfər edir. Azərbaycan yəhudilər və israillilər üçün təhlükəsiz ölkədir", - səfir bildirib.
Bundan əlavə, Dik vurğuladı ki, İsrailin böyük politexnik institutunun köməyi ilə Teknion Israel Group Ltd. Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradılıb.
Corc Dik 2018-ci il İsrail tərəfindən Azərbaycana səfir təyin edilib.
İsrail 1992-ci il Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Azərbaycan isə 2023-cü il İsrailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışını edib.
Son 30 ildə Azərbaycan və İsrail arasında strateji müttəfiqliyə çevrilmiş möhkəm və mehriban dövlətlərarası münasibətlər qurulub. İki ölkə arasındakı əlaqələr güclü və çoxşaxəli tərəfdaşlıq nümayiş etdirərək enerji sektorunu da əhatə edir.
İqtisadi göstəricilər ikitərəfli ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını və 1,7 milyard dollara çatdığını göstərir. Növbəti illərdə hər iki ölkə ticarət dövriyyəsinin şaxələndirilməsinə diqqət yetirəcək.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !