Azərbaycan yəhudilərin dostudur - Jweekly.com

12:40 | 21.11.2013
Azərbaycan yəhudilərin dostudur - Jweekly.com

Azərbaycan yəhudilərin dostudur - Jweekly.com

ANN.Az San-Fransiskonun Yəhudi Şurasının ictimaiyyətlə əlaqələr üzrə icraçı direktoru Ravvin Duq Kanın Azərbaycan-İsrail münasibətlərinə dair "Jweekly.com" saytında dərc olunan məqaləsini oxucuların diqqətinə çatdırır:

"O hansı ölkədir ki, ərazisində ilk məbədin dağılmasından (b.e.ə. 586-cı il) bəri yəhudi icması könüllü olaraq orada yaşayır? O hansı müsəlman ölkəsidir ki, İsraillə iqtisadi və hərbi əlaqələrini xeyli genişləndirib? O hansı ölkədir ki, orada şiə məzhəbinin nümayəndələri çoxluq təşkil etsə də, dövlət dini yoxdur, bununla belə o ölkə dini təsisatlara, o cümlədən yəhudi təsisatlarına dövlət dəstəyini təmin edir?

Bütün bu sualların bir cavabı var: 1991-ci ildə Sovet İttifaqından azad olmuş Azərbaycan.

Bu yaxınlarda Xəzər dənizinin suları ilə yuyulan, İran, Gürcüstan , Ermənistan və Rusiya ilə həmsərhəd olan bu kiçik ölkəyə səfərdən qayıtdım. Azərbaycan öz liderlərinin tərəqqiyə və multikulturalizmə meyilliliyi də daxil olmaqla demək olar ki, bütün münasibətlərdə maraqlı tapmacadır. Elə Azərbaycan Xarici İşlər Nazirliyindən dəvət aldığım Bakı Humanitar Forumunun mövzusu da bu haqda idi.

 

Prezident İlham Əliyev tərəfindən təşkil olunmuş konfransda müxtəlif ölkələrdən 750 nümayəndə iştirak edirdi. Azərbaycan Qərb yönümlü demokratik dövlət deyil, amma onun hakimiyyəti atasından miras alan güclü bir lideri var. Lakin iqtisadi inkişaf və tikinti bumu yaşanan ölkədə Əliyevin populyarlığına şübhə edən az adam tapılar.

Dövlət başçısı Azərbaycanın multikulturalizmə və millətlərarası, dinlərarası pozitiv münasibətlərə meyilli olmasından bəlağətlə danışdı. O, həmçinin 1 milyon azərbaycanlı qaçqının ortaya çıxmasına səbəb olan Dağlıq Qarabağın erməni işğalından, eləcə də beynəlxalq ictimaiyyətin buna hər hansı ciddi reaksiya verə bilməməsindən əminliklə bəhs etdi.

Təşkilatçılar ümid edirdilər ki, biz Azərbaycanla ortaq dəyərlər tapa və hazırda Ermənistanın əlində olan ərazilərinin qaytarılması üçün yollar axtarışında onlara dəstək verə bilərik.

Səfərimin əsas məqsədi Azərbaycanın yəhudilərinin unikal tarixiylə tanışlıq idi və Azərbaycanın baş konsulu  Nəsimi Ağayevə mənə bu imkanı yaratdığı üçün təşəkkür edirəm.

Bizim kiçik qrup Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovla görüşdü. Komitə sədri hər yerdə, xüsusilə müsəlman dünyasında antisemitizmin gücləndiyini qeyd etdi və bildirdi ki, Azərbaycan bu tendensiya ilə kəskin ziddiyyət təşkil edir.

O, Azərbaycanın unikal ölkə olduğunu izah etdi və belə izah elədi ki, 1) Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu səbəbdən də tarix boyunca açıq məkan olub, 2) millətin identikliyi bir sıra məqamlara əsaslanıb, o cümlədən bu prosesdə səkkizinci əsrdə liderləri yəhudiliyi qəbul etmiş hakim xəzərlər də iştirak ediblər, 3) Sufi ənənəsinin təsiri altında olan və  tolerantlığa can atan islam burada təcrübədən keçirilir.

Komitə sədri bizimlə söhbətində tarixi faktları sadaladı. O bildirdi ki, XX əsrin əvvəllərində ruslar yəhudi icmasına şəhərlərdə sinaqoq tikməyə icazə vermədiyindən müsəlman icması öz adına torpaq alıb onu yəhudilərə bağışlamışdı. Komitə sədri qonşu ölkələrdə radikal dini cərəyanlarla bağlı problemlər olduğunu etiraf etdi, amma onu da vurğuladı ki, Azərbaycandakı tolerantlıq Avropa üçün mayak ola bilər. Azərbaycanda bu problemi həll etməyin yollarından biri də məscidlərdə mülayim iqlimi gücləndirmək üçün vəz təlimatı göndərməkdir. Mən özümə sual verdim: qərb yönümlü demokratiya üçün belə bir addım atmaq mümkün idimi?

Sonra yəhudi millət vəkili və dağ yəhudilərinin lideri Yevda Abramovla görüşmək üçün parlamentə getdik. O, yəhudi icmasının öz ölkəsinə sədaqətindən danışdı və Azərbaycanın dözümlülük və əməkdaşlığa meyilli olduğunu təsdiqlədi, eyni zamanda Dağlıq Qarabağda erməni hərbi əməliyyatlarını dünyanın görməzlikdən gəlməsiylə bağlı ikili standartdan bəhs etdi. O, bizə söylədi ki, yalnız yəhudilər və müsəlmanlar arasında deyil, həm də aşkinazi yəhudiləri və dağ yəhudiləri arasında da güclü əməkdaşlığa ehtiyac var.

Azərbaycanda səfərdə olarkən Bakıda yaşayan dağ yəhudiləri üçün təqribən 2 000 000  dollara başa gələn və dövlət tərəfindən tikilən yeni sinaqoqu ziyarət etdik. Dağ yəhudilərinin mənşəyi Qubadan gəlir, onlar Quba və Bakıda yaşayan 15.000 nəfərdən ibarətdir. Təxminən 300 il əvvəl bu ərazinin lideri Fətəli xan yəhudilərə o zamankı çayın bir sahilində (istədikləri yerə sərbəst hərəkət etməklə) icmalarını inkişaf etdirməyə icazə verib və bu gün Krasnaya Slobodada 4000 yəhudi yaşayır, bu, İsrail xaricində dağ yəhudilərinin ən böyük icmasıdır.

Bakıda sinaqoqda biz dağ yəhudiləri dini icmasının sədri Milix İlxanonoviç Yevdayevlə görüşdük. O bildirdi ki, 300-500 yəhudi Bakıda bayramlarda bir araya toplaşır, onların iki məktəbi və bir yeşivası var.

Konfransdan sonra nümayəndə heyəti Quba rayonuna getdi və ərazisində üç sinaqoq olan Krasnaya Slobodanı ziyarət etdi. Sovet rejimindən əvvəl onların sayı 13 idi, lakin sinoqoqların əksəriyyəti sovet dövründə bağlanmışdı. Biz gözəl bir sinaqoqda, şənbə gününün ikinci yarısında icmanın rəhbəri Boris Simanduyenlə görüşdük. O, həmçinin Azərbaycan hökumətinin dini müxtəliflik və tolerantlığa meyilliliyini yüksək qiymətləndirib.

Gənclərin çoxu icmanı qoyub Moskvaya və başqa yerlərə getdikləri və əhalinin xeyli seyrəldiyi halda şəhərdə gəzdiyimiz və sinaqoqda olduğumuz vaxtlarda uşaqlarla əhatələnmişdik. Bir yeniyetmə dua kitabını açdı və bizə ivrit dilini bildiyini göstərmək üçün tələskənliklə bu dildə sərbəst oxumağa başladı. Oradan ayrılanda mən ümid dolu idim: yəhudi tarixində bu həqiqətən də unikal mərhələ idi və biz çox ümidli idik ki, bu inkişaf davaç edəcək.

Konfrans stereotiplərə meydan oxuyan və çox mürəkkəb regionda geçək multikultural cəmiyyətin yaranmasına yardım etdiyi və yəhudi məişətini dəstəklədiyi üçün dünyadakı bütün yəhudilərin minnətdarlığına layiq olan ölkəni bizə tanıtdı. Azərbaycan qonşularının təzyiqlərinə rəğmən İsraillə əlaqələrini inkişaf etdirməkdə davam edir. Biz dünyada dostlarımız çox deyil. Onlar peyda olanda onlara qarşı cavab addımları atmaq vacibdir".

www.jweekly.com/article/full/70126/in-a-tough-neighborhood-azerbaijan-is-friend-of-the-jews/

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb