Azərbaycan yeni döyüş texnikalarını nümayiş etdirəcək

14:31 | 13.08.2014
Azərbaycan yeni döyüş texnikalarını nümayiş etdirəcək

Azərbaycan yeni döyüş texnikalarını nümayiş etdirəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn ay Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisində yerli mütəxəssislər tərəfindən hazırlanmış yeni döyüş texnikalarını ilk dəfə ictimaiyyətə təqdim edəcək. APA-nın məlumatına görə, artıq yeni döyüş maşınları ilk testlərdən keçib. Onların üzərində müəyyən təkmilləşmə işləri aparılıb. Maşınlar mina və güllələrə qarşı yüksək qorumaya malikdir və yerli istehsal olan döyüş modulu ilə silahlandırılıb. Hər iki döyüş maşının idarəetmə sistemi kompüterləşdirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür