Azərbaycan Yeni il ilə bağlı qərar verdi – Rəsmi açıqlama

18:18 | 11.12.2013
Azərbaycan Yeni il ilə bağlı qərar verdi – Rəsmi açıqlama

Azərbaycan Yeni il ilə bağlı qərar verdi – Rəsmi açıqlama

İstirahət günlərinin dəqiq sayı bəlli oldu.

Nazirlər Kabineti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü  ilə bağlı qərar qəbul edib.

ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif  Əli bildirib ki, qərara əsasən, dekabrın 30-dan yanvarın 6-na qədər qeyri-iş günü elan olunub.

Yəni iş günü bir də yanvarın 6-da başlayır. Bunun əvəzində isə dekabrın 28 və 29-u, yəni şənbə-bazar günləri iş günü hesab olunacaq.

Bütün dövlət müəssisə və təşkilatları öz qrafiklərini buna uyğun qurmaldırlar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM