Azərbaycan yeni raketləri sınaqdan keçirdi

17:53 | 14.10.2017
Azərbaycan yeni raketləri sınaqdan keçirdi

Azərbaycan yeni raketləri sınaqdan keçirdi

Azərbaycan Ordusunun "Buk-MB” zenit-raket komplekslərinin döyüş atışları icra edilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının "Buk-MB” zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü havahədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM