Azərbaycan yeni yataqlar axtarır

17:59 | 12.03.2015
Azərbaycan yeni yataqlar axtarır

Azərbaycan yeni yataqlar axtarır

Azərbaycanın təsdiq olunmuş və proqnoz qaz ehtiyatları birlikdə təxminən 6 trilyon kub metrə bərabərdir. 

ANS TV-nin məlumatına görə, bunu Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. O qeyd edib ki, bunun təxminən 2,5 trilyon kubmetri təsdiqlənmiş ehtiyatlardır. Yeni yataqların daha böyük həcmdə qaza malik olduğu güman edilir. Lakin yeni yataqların kəşfində bəzi çətinliklər var. Bu da üzən qazma qurğularının çatışmazlığı ilə bağlıdır.

Xoşbəxt Yusifzadə qeyd edib ki, kəşfiyyat üçün ən azı 5 üzən qazma qurğusu lazımdır. O bildirib ki, bu qazma quyular yeni yataqların kəşfi üçün vacib amildir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM