Azərbaycan yığması 50 medal qazanıb

10:30 | 15.05.2017
Azərbaycan yığması 50 medal qazanıb

Azərbaycan yığması 50 medal qazanıb

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında üçüncü gününə yekun vurulub.

anews.az-ın Apasport.az-a istinadla məlumatına görə, medalların sahiblərini tapdığı ikinci gün Azərbaycan milli komandası üçün rekordlarla zəngin olub.
 
Yığmamız bir gün əvvəlki ilə müqayisədə daha çox medal – 28 mükafat əldə edib. Qızıl medal sayını da artıraraq 14-ə çatdıran idmançılarımız 8 gümüş və 6 bürünc də əldə edib.
 
İki dəfə çempionluq yaşayan Marina Durunda (bədii gimnastika, halqa və lent), həmçinin idman gimnastikası üzrə qadınlardan ibarət yığma (Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova), Ruslan Lunyov (güllə atıcılığı, tapança, 25 m), Roman Heydərov (karate, kata), Məmmədəli Mehdiyev (cüdo, 90 kq), Maksim Şemberov (üzgüçülük, sərbəst üsulla 1500 metr), qadınlardan ibarət həndbol yığması, Elxan Məmmədov (cüdo, 100 kq), İrina Zaretska (karate, 68 kq), Ayxan Mamayev (karate, 84 kq), Jalə Piriyeva (bədii gimnastika, top), Elçin Talıbov (paracüdo, 66 kq) və Ramil Qasımov (paracüdo, 73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Gümüş medala isə idman gimnastikası üzrə kişilərdən ibarət yığma (Murad Ağarzayev, Timur Bayramov, Bense Talas), Elmar Qasımov (cüdo, 100 kq), İrina Kindzerska (cüdo, +78 kq), Marina Durunda (bədii gimnastika, gürzlər), Fəridə Əliyeva (karate, +68 kq), Jalə Piriyeva (bədii gimnastika, lent), Bayram Mustafayev (paracüdo, 66 kq), Kənan Abdulxanlı (paracüdo, +100 kq) yiyələnib.
 
Jalə Piriyeva (bədii gimnastika, halqa), Marina Durunda (bədii gimnastika, top), Asiman Qurbanlı (cüdo, +84 kq), Natiq Talıbov (paracüdo, 73 kq), Rövşən Səfərov (paracüdo, 90 kq), İlham Zəkiyev (paracüdo, +100 kq) İslamiadanın bürünc mükafatına sahib olub.
 
Bununla da ümumi medallarımızın sayı 50-yə çatıb. Bunun 24-ü qızıl, 17-si gümüş, 9-u bürüncdü. Yığmamız bu göstərici ilə İslam Həmrəyliyi Oyunlarının medal sıralamasında 1-ci pillədə qərarlaşıb.
 
Ümumilikdə isə yarışın 3-cü günündə 39 dəst medal sahibini tapıb. Arxada qalan müddətdə isə 69 dəst mükafatçı müəyyənləşib.
 
Qeyd edək ki, 24 ölkə medal qazanmağı bacarıb. Çempionluq sevincini yaşayan ölkələrin sayı isə 13-dür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM