Azərbaycan yığması məğlub oldu

19:19 | 16.11.2019
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.
Unikal.org-un məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu komanda ikinci matçda Almaniya ilə üz-üzə gəlib.

Yunanıstanın Patra şəhərində keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 noyabrın 19-da Qazaxıstanla üz-üzə gələcək. Komanda qrupdakı ilk oyunda meydan sahibi Yunanıstana uduzub - 1:6

www.anews.az
loading...