Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri mayın 27-də ABŞ yığması ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.Bu matç San-Fransisko şəhərində keçiriləcək. Oyunun başlanma saatı və stadion isə hələ dəqiqləşməyib.Qeyd edək ki, hazırda FIFA-nın reytinq cədvəlində 13-cü pillədə olan ABŞ milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !