Bu gün İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışa məğlubiyyətlə başlasa da, bunun ardınca inamlı qələbə qazanıb. Belə ki, B qrupunda yer alan yığmamız ilk qarşılaşmasını ev sahiblərinə qarşı keçirib. Görüş 8:0 hesabı ilə cənub qonşularımızın xeyrinə bitib. Amma komandamız növbəti görüşündə bu məğlubiyyəti unutdura bilib. Millimiz Ermənistan güləşçilərini döşəyə çıxmağa peşman edib. Həmyerlilərimiz rəqiblə keçirdiyi 8 döyüşün hamısında çətinlik çəkmədən qalib gəliblər. Komandamız növbəti qarşılaşmasını Koreyaya qarşı keçirəcək. Qeyd edək ki, sabah qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !