Azərbaycan yığmasının baş məşqçisi: “Məqsədimiz yarımfinaldır”

15:26 | 01.02.2014
Azərbaycan yığmasının baş məşqçisi: “Məqsədimiz yarımfinaldır”

Azərbaycan yığmasının baş məşqçisi: “Məqsədimiz yarımfinaldır”

“İlk 10 dəqiqədə əsəbi idik. Oyunumuzu tapa bilmirdik. İkinci hissədə özümüzə gəldik”. 

Bunu Azərbaycanın futzal üzrə milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının final mərhələsində Sloveniya yığması ilə ilk matçdan sonra deyib.

O, komandamızın 7:6 hesabı ilə qalib gəlməsinə baxmayaraq, rəqibi çox yaxşı komanda kimi dəyərləndirib: “Sloveniyanın bir neçə oyununa baxmışdıq. Bu gün biz daha çox səhv buraxdıq və rəqib bundan yararlandı”.

Millimiz növbəti oyununu fevralın 2-də İtaliyaya qarşı keçirəcək. Joze Alesionun sözlərinə görə, yığmamız bu görüşdə yorğun olacaq: “İtaliya yığması ilə oyun bizim üçün çətin olacaq. Sloveniyalılar ikinci hissədə eyni heyətlə oynadıqları üçün çox yorulmuşdular. Bu baxımdan, biz də İtaliya millisi ilə matçda yorğun olacağıq. Amma qələbə qazanmağa çalışacağıq. Məqsədimiz ən azı, yarımfinala çıxmaqdır”.

Qeyd edək ki, Azərbaycan – İtaliya matçı sabah Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. 

Lent.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti