Azərbaycan öz peykindən nə qədər qazandı?

14:16 | 21.12.2013
Azərbaycan öz peykindən nə qədər qazandı?

Azərbaycan öz peykindən nə qədər qazandı?

Azərbaycanın ilk peyk proqramının reallaşdırılmasından əldə etdiyi gəlirlər 10 milyon dollara çatıb. 

Bu barədə Trend-ə "Azərkosmos" ASC-dən bildiriblər.

Hazırda Azərbaycanın peyk operatoru tərəfindən "Azerspace/Africasat-1a" peykinin resurslarının 50 faizindən çoxu reallaşdırılıb. Peykin köməyi ilə 70 televiziya və radiokanal yayımlanır ki, bunun da 19-u yerlidir.

Peyk televiziya kanallarının standart və birbaşa yayımını həyata keçirir.

"Azerspace/Africasat-1a" rabitə peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşir.

İstifadəçilər televiziya kontentinə baxmaq üçün peyk qəbuledicilərini bu formada tənzimləməlidirlər: tezlik - 11169 MHz, sürət - 20400, polyarlaşma - Horizontal və FEC - 5/6.

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM