Azərbaycan Özbəkistan vətəndaşını təhvil verib

17:57 | 29.01.2024
Azərbaycan Özbəkistan vətəndaşını təhvil verib

Azərbaycan Özbəkistan vətəndaşını təhvil verib

Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən, 1981-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Karimov Rustam Hikmatullayeviçin verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
 
Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat yayıb.

Bildirilir li, R.H.Karimov cari ilin oktyabr ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM