Dünya Bankının Azərbaycanda həyata keçirəcəyi yeni yol layihəsinə 250 milyon dollara yaxın vəsait tələb olunur.Azərbaycanda regional yolların rekonstruksiyasına ilk dəfə hazır olan Dünya Bankı lazımi maliyyələşdirmə hesabatı ilə çıxış etdi.Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bankın məlumatında deyildiyi kimi bu gün üçün regional yolların inkişafı büdcəsi 250 milyon dollar məbləğində dəyərləndirilir, bundan 200 milyon dolları Bank tərəfindən ödənilə bilər.“Layihə kənd və şəhərlərarası yollara istiqamətləndirilir” , - məlumatda deyilib.Bir müddət öncə Bankın ölkə üzrə meneceri Larisa Leşenko qeyd edib ki, yeni avtomobil yolu layihəsi Azərbaycanın cənub regionunda yolun iki hissəsinin rekonstruksiyasına istiqamətləndirilib.Öncə Bank ölkə üçün magistral avtomobil yollarına dair üç layihəni məqbul sayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !