2023-cü ildə Azərbaycana ərzaq idxalı 2022-ci illə müqayisədə 8,6% azalaraq 2 milyard 160 milyon 158,36 min dollar olub. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Ərzaq idxalının strukturunda əsas həcm buğdanın payına düşüb. Belə ki, ölkəyə 1 milyon 175 min 341,03 ton (azalma 9,1%) buğda, 73 min 62,02 ton qarğıdalı, 54 min 591,65 ton (artım 8,7%) düyü, 13 min 375,95 ton (azalma 7,2%) çay, 352 min ton (azalma 6,7%) meyvə-tərəvəz, 41 min 707,69 ton ət,147 min 287,12 ton (azalma) bitki və heyvan mənşəli yağlar idxal edilib.
Azərbaycana kərə yağı idxalı 16 min 596,52 ton (azalma 10,6%) təşkil edib.
Ümumilikdə, hesabat dövründə Azərbaycana idxal olunan bütün idxalın 12,5 faizini ərzaq məhsulları təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !