Serbiya "Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan aldığı kreditin 170 milyon avro (207 milyon dollar) məbləğində ödənilməmiş hissəsini qaytarmağı planlaşdırır. "Qafqazinfo” "SeeNews” nəşrinə istinadən bildirir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Serbiya Prezidentinin sözlərinə görə, borc bu ilin sonunadək, ən geci 2021-ci ilin əvvəlində Azərbaycana ödəniləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !