2024-cü ilin yanvar-fevralında Azərbaycana ümumi dəyəri 247 milyon 612,64 min dollar (artım 24,2%) olan 13299 ədəd nəqliyyat vasitəsi (azalma 4,6%) idxal edilib, - Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə respublikaya idxal olunan nəqliyyat vasitələrinin əksəriyyəti minik avtomobilləri və sərnişindaşıma üçün nəzərdə tutulmuş digər motorlu nəqliyyat vasitələri olub. Belə ki ilk iki ayda ölkəyə 12 023 ədəd (artım 24,2%) və ya 217 milyon 721,19 min dollar dəyərində (azalma 7,2%) minik avtomobili və sərnişindaşıma üçün nəzərdə tutuan motorlunəqliyyat vasitəsi gətirilib. O cümlədən, 22 milyon 852,28 min dollar dəyərində 541 elektromobil və dəyəri 82 milyon 728,5 min dollar dəyərində 2571 ədəd hibrid avtomobillər idxal edilib.
Bundan əlavə, Azərbaycana 22 milyon 526,61 min ABŞ dolları (artım 66%) dəyərində 1185 ədəd (artım 36%) yük daşımaları üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələri, 6 milyon 335,08 min dollar dəyərində 67 ədəd xüsusi təyinatlı avtomobillər (azalma 23,9%) gətirilib.
2023-cü ildə Azərbaycana nəqliyyat vasitələrinin idxalı 95,971 min ədəd təşkil edib. Onların ümumi dəyəri isə 1 milyard 680 milyon 652,85 min dollar olub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !