• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycana 2.5 milyon turist gəlib

Azərbaycana 2.5 milyon turist gəlib
28.05.2020 21:14
Hər il Azərbaycana müxtəlif ölkələrdən minllərlə əcnəbi gəlir. Kimi burada yeni biznes planlarını həyata keçirir, kimi də qrup şəklində və ya fərdi olaraq şərqin beşiyi sayılan ölkəmizə sayahət üçün gəlir.

Araşdırmalara görə, Azərbaycana gələn əcnəbilər bizneslə əlaqədar olaraq əsasən Bakı və Abşeron rayonlarını seçir. Burada qaldıqları müddətdə isə paytaxdın qədim yerlərinə baş çəkərək, onun tarixi, mədəniyyəti, adət-ənnələrilə maraqlanır. Qaldıqları məkanları isə əsasən mərkəzdə yerləşən müasir otellər olur. Eyni zamanda Novruz bayramı ərəfəsində də Bakı şəhərinə turistlərin axını daha çox olur. Əsasən də qonşu ölkə olan İrandan paytaxta, cənub bölgəsinin rayon və şəhərlərinə qonaq gəlirlər. Mədəniyyətlə bağlı olan tədbirlərə dəvət olunan əcnəbilər isə hava şəraitindən asılı olaraq əksər hallarda günlərini Bakı və Qəbələdə keçirir. Hazırda isə istirahətə gələn əcnəbilər qış mövsümü olduğu üçün şimal bölgəsinə üz tutur.

"Qış vaxtı Azərbaycana gələn turistlər ən çox "Şahdağ” qış-yay turizm kompleksinə üz tuturlar. Turistlərin içərisində Bakıda fəaliyyət göstərən xarici nümayəndəliklər, yəni səfirliklər və misiyyalar. Eyni zamanda xaricdən gələnlər də "Şahdağ” qış-yay turizm kompleksində istirahət etməyə üstünlük veririlər. Çünki "Şahdağ” kompleksi beynəlxalq standartların tələblərinə tam şəkildə cavab verir. Eləcə də orada qış turizmi ilə məşğul olmaq üçün hər cür şərait yaradılıbdır” – deyə turizim üzrə mütəxəssis Müzəffər Ağakərimov bildirib.

Statistik məlumatlara görə, 2014 -cü il dünya turizim bazarında turist səfərlərinin sayında azalma müşahidə olunub. Bizim ölkəyə gəldikdə isə vəziyyət ürəkaçan olub. Ötən il Azərbaycana 2,5 milyon turist təşrif buyurub. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsini nəzərə alsaq ki, bu il Azərbaycana əcnəbilərin gəlişində böyük artım gözlənilir.

"2015-ci idə bir neçə beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Xüsusi olaraq da birinci Avropa Oyunlarını qeyd edirəm. Avropa Oyunlarını dünya üzrə ilk dəfə olaraq keçirilməsinə baxmayaraq bu tədbir artıq çox böyük imic və nüfuz qazanıb. Tədbirə olan marağı nəzərə alaraq 20 minə yaxın xarici qonağın ölkəyə gəlişi gözlənilir. Bu sadəcə olaraq bir gözləntidir” – deyə nazirliyin təbliğat şöbəsinin müdiri Vüqar Şixəmmədov fikrinin aşıqlayıb.

Nazirliydən verilən məlumata görə, İsmayıllı, Şəki, Lahıc da turistlərin tez-tez baş çəkdiyi məkanlar siyahısındadır. Eyni zamanda turizim sahəsində baş verən digər maraqlı məqam, Rusiya ,Ukrayna və Qazaxıstandan da ölkəyə turist axınının çoxalmasıdır.//ANS
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol