Azərbaycana 9 ayda pul köçürmələri 3,4 dəfə artıb

18:58 | 28.11.2022
Azərbaycana 9 ayda pul köçürmələri 3,4 dəfə artıb

Azərbaycana 9 ayda pul köçürmələri 3,4 dəfə artıb

2022-ci ilin yanvar-sentyabrında Azərbaycana pul köçürmələrinin həcmi, ilkin müşahidələrə əsasən, 2 milyard 589 milyon dollar təşkil edib. Bu barədə Mərkəzi Bank xəbər verir. 

"2022-ci ilin 9 ayında Azərbaycana daxil olan pul köçürmələrinin həcmi, ilkin hesablamalara görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3,4 dəfə artaraq 2 milyard 589 milyon dollar təşkil edib”, - deyə Mərkəzi Bankdan bildirilib.

Eyni zamanda, 2022-ci ilin birinci rübündə onların həcmi 211 milyon dollar, ikincidə 917 milyon dollar, növbəti ildə isə 1 milyard 461 milyon dollar toplanıb.

2021-ci ildə fiziki şəxslərin Azərbaycana pul köçürmələri 1 milyard 133,391 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 3,6% çoxdur.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM