Azərbaycana 9 növ dəmir yolu vaqonu təklif edildi

15:39 | 20.04.2015
Azərbaycana 9 növ dəmir yolu vaqonu təklif edildi

Azərbaycana 9 növ dəmir yolu vaqonu təklif edildi

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Belorusun Azərbaycandakı səfiri ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç və BELAZ holdinqinin direktoru Petr Parxomçik də iştirak ediblər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan dəmiryolçuları Beloruslu həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verirlər.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç dəmir yolu nəqliyyatı və daşımalar sahəsində Belarus-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb.

BELAZ holdinqinin direktoru Petr Parxomçik çıxış edərək BELAZ şirkətinin tərkibində fəaliyyət göstərən Magilyov zavodunda istehsal olunan 9 növ dəmir yolu vaqonunu "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təklif edib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM