"Apple” şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan "AlmaStore” mağazalar şəbəkəsində iki ay öncə dayandırılan "Apple” məhsullarının satışı hələ də bərpa olunmayıb.
"AlmaStore”dan "Report”a verilən məlumata görə, rəsmi mağazalarda yeni məhsul olaraq sadəcə qulaqcıqların satışı həyata keçirilir: "Artıq bir müddətdir ki, "Apple”in yeni məhsulları ölkəyə gətirilmir".
"Apple” şirkətinin baş ofisi isə xarici ölkələrə də satışını gerçəkləşdirdiyi "Beats Pill XL” dinamiklərini geri toplayır. Bu barədə Türkiyə mətbuatında qeyd olunub. Şirkətin açıqlamasına görə, dinamikin batereyasının həddindən artıq isinməsi və yanğına səbəb olması ehtimalı olduğuna görə şirkət bütün dünyaya satdığı məhsulunu geri çağırıb. Geri toplama əməliyyatı Türkiyədə başlayıb, lakin 999 TL-yə (392 manat) satılan məhsulun geri çağırıldıqdan sonra alıcıya qaytarılan məbləği 875 TL (343 manat) olub.
Yerli nümayəndəlikdən "Report”a verilən məlumata səasən, həmin məhsuldan son 7 aydır ki, Azərbaycanda satışı aparılmır, ondan əvvəlki müddətdə isə sözügedən dinamikin XL deyil, digər bir versiyası satılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !