"Gömrük qanunvericiliyində ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədə qalma müddəti ilə bağlı məhdudiyyətin ləğvi nəzərdə tutulur”.
Unikal.org-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda keçirilən təlimdə bildirib.
Onun sözlərinə görə, hazırda ölkəyə daxil olan nəqliyyat vasitələri 90 gün ərzində ölkəni tərk etməli, ölkəni tərk edən nəqliyyat vasitələri isə 2 il müddətində geri qayıtmalıdır.
O bildirib ki, turizmin inkişafına dəstək olmaq üçün bu müddətin ləğv edilməsi ilə bağlı gömrük qanunvericiliyində dəyişiklik nəzərdə tutulub: "Bu məsələ ilə bağlı hökumətə təklif göndərilib. Təklif təsdiqləndiyi halda bu müddətin ləğv edilməsi planlaşdırılır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !