Azərbaycana casusluqda günahlandırılan erməni tutuldu

12:56 | 05.02.2014
Azərbaycana casusluqda günahlandırılan erməni tutuldu

Azərbaycana casusluqda günahlandırılan erməni tutuldu

Ermənistan mətbuatı Azərbaycan xeyrinə casusluq etməkdə iuttiham olunan şəxsin yaxalanması barədə məlumat yayıb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq polis əməkdaşı 60 yaşlı Xaçik Eqişeviç Martirosyanı saxlayıb.

Ermənistan mətbuatı həmin şəxsin öz xidmətini Azərbaycan xüsusi xidmət orqanlarına təklif etdiyini yazılr. Erməni hərbi xarakterli məlumatları Azərbaycan tərəfinə ötürəcəkmiş. Xaçik Martirosyana qarşı cinayət işi açılıb, araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM