• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

Azərbaycana cinsiyyət orqanında narkotik keçirən qadın görün kimdir?

Azərbaycana cinsiyyət orqanında narkotik keçirən qadın görün kimdir?
28.05.2020 21:52
Cəzasının 5 ilini çəkdiyi üçün azadlığa çıxmaq istəyir

İrandan Azərbaycana cinsiyyət orqanında külli miqdarda narkotik vasitə gətirdiyinə görə azadlıqdan məhrum edilən, 33 yaşlı Xəyalə Hüseyn qızı Hüseynova məntəqə tipli cəzaçəkmə müəəsisəsinə keçirilməsi ilə bağlı Xətai rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib.

Anews.az-ın aznews.az-a istinadən məlumatına görə, X.Hüseynovanın apellyasiya şikayətinə fevral ayının 20-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov baxacaq.

Belə ki, Salyan rayon sakini, 1988-ci il təvəllüdlü İslam Səmədov 2014-cü ilin fevral ayının əvvəlində İran İslam Respublikasında yaşayan şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan şəxslərlə və tanışı, 1984-cü il təvəllüdlü Əli Ağayev İrandan Azərbyacanad külli miqdarda narkotik vasitə gətirmək barədə sövdələşiblər.

İslam Səmədov daha sonra tanışı, Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovan pul müqabilində narkotik vasitəni gizlətməklə Azərbaycan Respublikasının gömrük nəzarətindən gizli keçirməyə razılaşdırıb.

O, aralarındakı razılaşmaya əsasən 12 fevral 2014-cü il tarixdə Əli Ağayevə 1500 ABŞ dolları verib. Ona Xəyalə Hüseynova ilə birlikdə 13 fevral 2014-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərinə gedib orada qrupun digər üzvündən həmin məbləğdə pul müqabilində külli miqdarda heroin narkotik vasitəsini əldə edərək ölkəmizə gətirmələri barədə göstəriş verib. Onun göstərişinə əsasən Əli Ağayev Xəyalə Hüseynova ilə birgə 13 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postundan İran İslam Respublikasının Biləsuvar şəhərinə keçib. Onlar İranda şəxsiyyəti müəyyənləşdirilməmiş qrup üzvünə qeyd olunan məbləğdə pulu verib və əvəzində 181,105 qram çəkidə heroin narkotik vasitəsini alıb.

Əli Ağayev 1 sellofan bükümündə narkotik vasitəni Xəyalə Hüseynovanın cinsiyyət orqanına yerləşdirib və malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daşıyaraq həmin gün saat 17 radələrində Əli Ağayevin müşayiəti ilə Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Səmədov 8 il 11 ay 28 gün, Əli Ağayev 8 il 6 ay, Xəyalə Hüseynova isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda zəncirvari qəza baş verib, 8 maşın toqquşub
Cəmiyyət 23:30
Sumqayıtda zəncirvari qəza baş verib, 8 maşın toqquşub
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - AQTA
Cəmiyyət 22:31
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - AQTA
TƏBİB-dən 14 yaşlı qızın ana olması ilə bağlı- Açıqlama
Cəmiyyət 21:40
TƏBİB-dən 14 yaşlı qızın ana olması ilə bağlı- Açıqlama
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib
Cəmiyyət 21:13
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib
Xırdalanın bəzi yerlərində qaz kəsilib
Cəmiyyət 21:01
Xırdalanın bəzi yerlərində qaz kəsilib
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Cəmiyyət 20:06
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Deputat Əli Abbasovun mandatı ləğv edilib
Cəmiyyət 19:39
Deputat Əli Abbasovun mandatı ləğv edilib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:02
Sabah bu ərazilərdə qaz olmayacaq
QNET haqqında həqiqətlər
Cəmiyyət 18:49
QNET haqqında həqiqətlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol