Azərbaycana ən çox kimlər gəlir: Ərəblər, yoxsa ruslar?

12:00 | 31.08.2017
Azərbaycana ən çox kimlər gəlir: Ərəblər, yoxsa ruslar?

Azərbaycana ən çox kimlər gəlir: Ərəblər, yoxsa ruslar?

Bu yay Azərbaycana gələn turistlər arasında ilk yeri ərəb ölkələrindən, sonra isə Rusiyadan olan turistlər tutublar.

anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Azərbaycana bu il gələn turistlərin sayının ötən illə müqayisədə daha çox olduğunu deyən N.Bağırov qeyd edib ki, sentyabrdan Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə, oktyabrdan isə Taylandın Banqkok şəhərinə birbaşa uçuşlar olacaq. Bu da həmin ölkələrdən Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir göstərəcək: "Ciddə şəhərində Məkkəyə ən yaxın olan hava limanı yerləşir. Ona görə də Azərbaycandan Səudiyyə Ərəbistanına gedən zəvvarlarımız bu istiqamətdən istifadə edəcəklər”.

N.Bağırov bu istiqamətlər üzrə uçuşların daimi olacağını da açıqlayıb.

Hazırda Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən Azərbaycana birbaşa uçuşların olduğunu deyən Assosiasiya sədri digər yeni istiqamətlərin də nəzərdən keçirildiyini, gələn ildən yeni istiqamətlər üzrə uçuşların gözlənildiyini qeyd edib.

Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyədən Azərbaycana 138 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.

Bu ilin ötən dövründə Azərbaycana ərəb ölkələrindən səfər edənlərin sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında ölkəmizə Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanı - 6, Qətər - 5, Mərakeş - 5, BƏƏ - 4,4, Pakistan - 3,5, Əlcəzair - 3,5, İordaniya - 2,2, Türkmənistan - 2 və İraqdan təxminən 1,5 dəfə çox turist gəlib.

Regionlar üzrə isə MDB ölkələri (12%), Avropa İttifaqı ölkələri (13%) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM