Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi məlumatlara əsasən Azərbaycana ötən ilin yanvar –iyun aylarında 1094,9 min nəfər gəlibsə, 2015-ci ilin yanvar-iyun aylarında bu rəqəm 973,5 min nəfər olub.
Rusiya Federasiyasından Azərbaycana 2014-cü ildə 397 min nəfər gəlib, bu il bu göstərici 310 min nəfərə enib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstan, Türkiyə, Qazaxıstandan gələnlərin sayında azalma olsa da İngiltərə, Almaniya, İran, Ukraynadan gələnlərin sayında artım baş verib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !